Maraqlı

İsveç 5G-yə keçən ilk ölkə oldu

28 May 2020 21:15
Baxış: 1 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin "Tele2" telekom şirkəti ilk dəfə 5-ci nəsil kabelsiz mobil texnologiyaya keçdiyini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu şirkətin müdiri Anders Nilsson bildirib.

Onun sözlərinə görə, paytaxt Stokholm ilə Göteborq və Malmödə 5G əsaslı stansiyalar aktivləşdirilib.

Yeni nəsil kabelsiz mobil texnologiyanın 4G-dən təxminən 10 dəfə daha sürətli olacağı gözlənilir.

Bununla belə, hazırda smartfonların əksəriyyəti 5G texnologiyasını dəstəkləmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.