Maraqlı

NASA-dan 14 mühərrikli tam elektrik təyyarə

11 Aprel 2020 19:55
0 Şərh     Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Marsa istiqamətli araşdırmalarını davam etdirən NASA, indi də tam elektrikli təcrübi təyyarə yaratdı.

ABŞ Milli Aviasiya və Kosmik Agentliyi (NASA), kosmos sahəsində olduğu kimi aviasiyada da araşdırmalarını davam etdirir. NASA, bunun üçün X-57 Maxwell adını verdiyi tamamilə elektrikli təcrübi təyyarə hazırladı. Maxwell, NASA-nın "X-təcrübi təyyarələr" kateqoriyasına daxildir.

X-təyyarələri, yeni texnologiyaları və aerodinamika anlayışlarını sınamaq və qiymətləndirmək üçün istifadə edilən təcrübi ABŞ təyyarələri olaraq tanınır.

NASA tərəfindən hazırlanan X-57 Maxwell təyyarəsinin hər iki qanadında cəmi 14 mühərrik var.

Tam elektrikli təcrübi təyyarə, gücünü kabindəki 180 kiloqramlıq litium ion batareyalardan alır. Bu da, 23 kilowatt saat gücü mənasını verir.

Texnologiya araşdırması üçün istifadə ediləcək olan təyyarə, ticari istifadə mövzusunda fəaliyyət göstərməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.