Maraqlı

COVID-19-un qorxusundan 5G qülləri yandırılır

9 Aprel 2020 21:40
2 Şərh     Baxış: 2 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada koronavirus pandemiyasına görə, yeni panika dalğası başlayıb. Ölkədə koronavirusun yayılmasını 5G şəbəkələrinin istifadəyə verilməsi ilə bağlayan informasiyalar yayılıb. Bununla da yerli sakinlər 5G rabitə qüllələrini yandırmağa başlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, ingilis mediasının verdiyi məlumata əsasən, ötən həftə ölkə ərazisində 3 ədəd 5G qülləsi yandırılıb.

Çox güman ki, qüllərlərin yandırılmasına başlıca səbəb kimi son günlər sosial şəbəkələrdə 5G ilə bağlı yayılan məlumatlardır. Bu məlumatlarda koronavirus pandemiyasının məhz 5G şəbəkəsindən yayıldığı bildirilir. Həmin məlumatlara əsasən, "COVID-19" Uhanda genişləndirilən 5G şəbəkəsinə görə yayılıb. Daha sonra isə bu şəbəkənin istifadə olunduğu digər Çin şəhər sakinləri də virusa yoluxub. Lakin bu nəzəriyyə əsassız görünür, çünki virusun yayıldığı İran və Yaponiyada 5G rabitə qüllələri yoxdur. Bu nəzəriyyələrin elmi əsası olmasa da, çox sürətlə yayılır. Bəzi insanlar bu sahədə işləyən işçilərlə mübahisə edərək, "5G hamını öldürəcək" fikirlərini də səsləndirirlər. Onların fikrincə, 5G insan orqanizmində oksigeni tükədir, bu isə koronavirus infeksiyasının yayılmasına səbəb olur.

Sahə üzrə mütəxəssislər insanları elmi əsası olmayan bu kimi fikirlərdən daşınmağa çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.