Maraqlı

Xiaomi koronavirusa qarşı: ağıllı maska istehsalına başlandı

25 Fevral 2020 21:45
2 Şərh     Baxış: 1 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin texnologiya nəhəngi Xiaomi koronavirus əleyhinə önəmli addım atıb.

Milli.Az chip.az-a istinadən bildirir ki, şirkət "ağıllı" maska üçün patent alıb.

Xəbər verdiyimiz kimi, bir çox şirkət tələbin çoxluğundan istifadə edərək maska istehsalına başlayıb. Bu şirkətlərdən biri olan Xiaomi isə işi bir az irəli daşıyıb. Belə ki, şirkət fevralın əvvəllərində test etdiyi sensorlarla təchiz edilmiş Youpin F95 maskasını ictimaiyyətə tanıdıb.

Prosessor ilə təmin edilən maskanın uşaqlar üçün nəzərdə tutulduğu deyilir. Maskada sensorlar vasitəsilə toplanan məlumatların hesablanması xüsusi sistem də yaradılıb. Bu məlumatın bağlantı modlu vasitəsilə göndərilməsi də mümkündür. Paralel olaraq maskada standart hava filterinə güc verən batareyalar da yer alıb.

Sensorlar istifadəçinin hərəkət edib-etmədiyini, yaxud vəziyyətinin sabit olub-olmadığını da təyin edə bilir. Bu sensorlar, həmçinin, maskanın istifadə müddəti, kirlilik dərəcəsi, nəfəs həcmi, tənəffüs sayı kimi məlumatları da qeyd edəcək.

Maskanın şəhərdəki hava proqnozu, oksigen vəziyyəti barədə məlumat verəcəyi, eləcə də bu məlumatları real zaman dilimində mobil tətbiqə ötürəcəyi deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.