Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Yunanıstanı 18 yaşlı Stefania Lyuberakakis təmsil edəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yunanıstanın milli televiziya kanalı - ERT məlumat verib.
O, "Superg!rl" mahnısını ifa edəcək. S. Lyuberakakis 2002-ci ildə Niderlandın Utrext şəhərində doğulub və artıq necə ildir ki, Stefania adı altında çıxış edir. İfaçının artıq iki mahnısı - "Stupid reasons" və "Turn Around" ona məşhurluq gətirib.
Milli.Az