"Eurovision" mahnı müsabiqəsində 18 yaşlı Stefania iştirak edəcək

6 Fevral 2020 08:37

Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Yunanıstanı 18 yaşlı Stefania Lyuberakakis təmsil edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yunanıstanın milli televiziya kanalı - ERT məlumat verib.

O, "Superg!rl" mahnısını ifa edəcək. S. Lyuberakakis 2002-ci ildə Niderlandın Utrext şəhərində doğulub və artıq necə ildir ki, Stefania adı altında çıxış edir. İfaçının artıq iki mahnısı - "Stupid reasons" və "Turn Around" ona məşhurluq gətirib.

Milli.Az