Maraqlı

2020-ci ildə OLED ekranlı smartfonlar daha çox olacaq

31 Dekabr 2019 22:50
0 Şərh     Baxış: 889
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nüfuzlu Counterpoint Research analitik şirkətinin mütəxəssisləri gələn il OLED ekranlı smartfon modellərinin nə dərəcədə məşhur olacaqlarını hesablayıblar. Beləliklə analitiklərin məlumatlarına əsasən orqanik diodlu matrisalara tələbatın yüksək olması bu il ilə müqayisədə gələn il smartfon satışlarını 50% yüksəldəcək. Milli.Az technote.az-a istinadən bildirir ki, gözləntilərə əsasən bu ildən fərqli olaraq gələn il 46% daha çox OLED ekranlı smartfon satışa çıxacaq. Daha dəqiq desək, bu faiz göstəricisi 600 milyon smartfon deməkdir.

    Bu cür yüksək göstəricini isə orta qiymətə sahib smartfon bazarında AMOLED ekranlı smartfonlarını inkişaf etdirən HuaweiVivoXiaomi və Realme kimi şirkətlər təmin edəcəklər. Bu cür ekranlı smartfonların satışlarının yüksəlməsinin əsas səbəblərindən biri də ekranlara inteqrasiya edilən baraq izi skanı texnologiyalarının ortaya çıxmasıdır. Həmçinin OLED ekranlar IPS ekranlardan fərqli olaraq enerji sərfiyyatı baxımından daha effektivdirlər.

    Bundan əlavə olaraq OLED ekranların dəbə minməsi həm də qatlana bilən ekranlı smartfonların yavaş-yavaş istifadəyə verilməsidir. Belə ki, qatlana bilən ekranlı smartfonların hamısı tamamilə OLED ekranlarla təchiz olunurlar. OLED ekranlı smartfonların satış göstəricilərinə görə birinci yeri Samsung (45% bazar payı) tutur. Siyahıda daha sonra Apple şirkəti (16% bazar payı) və OPPO şirkəti (11% bazar payı) gəlir. OLED matrisalı smartfonların ortalama qiymətləri 300-400$ təşkil edir. Lakin analitiklər əmindirlər ki, gələn il bu qiymət göstəricisi 200$-a düşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.