Maraqlı

Tramp "Evdə tək-2" kinokomediyasına görə Castin Trüdo ilə zarafatlaşıb

27 Dekabr 2019 22:30
0 Şərh     Baxış: 2 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanada İctimai Teleradio Şirkəti ABŞ-ın indiki Prezidenti Donald Trampın epizodik rolda çəkildiyi "Evdə tək-2: Nyu-Yorkda itirilmiş" filminin bir hissəsini montaj etmək qərarına gəlib. Bununla əlaqədar Donald Tramp Kanadanın Baş Naziri Castin Trüdo ilə zarafatlaşıb.

1992-ci ildə çəkilmiş filmin bir epizodunda Tramp "Nyu-York Plaza Otel"də aktyor Makoley Kalkin ilə söhbət edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Floridadakı Mar-a-Laqo kurortunda istirahətdə olan Prezident Tramp özünün "Twitter" səhifəsində yazıb: "Yəqin T.Castinin o qədər də xoşuna gəlmir ki, mən onu NATO-ya görə və ya ticarətə görə ödəniş aparmağa məcbur edirəm! Bu film heç vaxt əvvəlki kimi olmayacaq! (zarafat edirəm)".

Trampın tərəfdarlarının hiddətlənməsinə baxmayaraq, Kanada İctimai Teleradio Şirkətinin nümayəndəsi bildirib ki, yuxarıda qeyd edilən dəyişikliklərlə bağlı montaj 2014-cü ildə, yəni Tramp prezident vəzifəsinə namizədliyini irəli sürənə qədər edilib. Bu, filmin televiziya üçün uyğunlaşdırılması məqsədilə ondan kəsilib götürülmüş bir neçə səhnədən biri idi.

Ənənəyə görə, film bu bayram mövsümündə, o cümlədən Milad günlərində bir neçə dəfə translyasiya edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.