Maraqlı

Ən güclü «Grand Cherokee» - FOTO

20 Aprel 2011 15:01
Baxış: 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Grand Cherokee - SRT8" 8 silindrli 6,4 litr həcmli mühərriklə təchiz olunub. 465 at gücündə olan mühərrikin hesabına avtomobil saatda 100 kilometr sürəti 4,8 saniyəyə yığır.
Maşının 0-dan saatda 160 kilometr sürəti yığması və yenidən tam dayanması üçün 16 saniyə kifayətdir. Onun maksimal sürəti isə saatda 248 kilometrdir.
Yeni "Grand Cherokee"nin ABŞ bazarlarında satışına 2011-ci ilin üçüncü rübündə başlanacaq. Amerikada onun qiyməti təxminən 45  min dollar olacaq.

Milli.Az







Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.