Ən güclü «Grand Cherokee» - FOTO
20 Aprel 2011 15:01
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Grand Cherokee - SRT8" 8 silindrli 6,4 litr həcmli mühərriklə təchiz olunub. 465 at gücündə olan mühərrikin hesabına avtomobil saatda 100 kilometr sürəti 4,8 saniyəyə yığır.
Maşının 0-dan saatda 160 kilometr sürəti yığması və yenidən tam dayanması üçün 16 saniyə kifayətdir. Onun maksimal sürəti isə saatda 248 kilometrdir.
Yeni "Grand Cherokee"nin ABŞ bazarlarında satışına 2011-ci ilin üçüncü rübündə başlanacaq. Amerikada onun qiyməti təxminən 45 min dollar olacaq.
Milli.Az


