Maraqlı

Flora və Fauna haqda bunları bilirsinizmi?

16 Aprel 2011 20:00
Baxış: 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəniz ulduzu Linckia columbiae bədəninin 1 sm hissəsindən tam olaraq bütün bədənini bərpa edə bilər.

Ən cəld balıqlardan biri sayılan Tunes gün ərzində 160 km məsafəni gət etməyə qadirdir

Limon köpək balığında (lemon sharks) hər iki həftədən bir yeni komplekt dişlər çıxır. İl ərzində onun 24 000-dən çox yeni dişi çıxır. Öz adını qeyri-adi sarı rənginə görə alıb.

Dəniz şiri 10 000 km məsafəni üzməyə qadirdir. Bu halda yalnız yatmaq üçün dayanır.

Balinanın ürəyi dəqiqəyə 9 dəfə vurur.

Pişiklər keçmək istədikləri yerin enliyini ölçmək üçün öz bığlarından istifadə edirlər.

Müasir heyvan növləri Yer kürəsində haçansa mövcud olmuş heyvanların ondabirini təşkil edirlər.

Lessera sıçovulu (Spalax leucodon) özünə yeraltı girişlərlə əlaqəli "saxlama", "yataq", hətta "toy salonu" kimi yeraltı otaqlar düzəldir.

Uzaqdan filin dərisi şimal görsənir, amma yaxından baxdıqda onun tüklərlə örtüldüyü görülür.

Yaxşı inəklər ildə 6000 litr süd verə bilir. Lakin "rekordsmen" Hollandiya cinsləri var ki, ildə 20 000 litr süd verə bilir.

Asiyanın cənub-şərq meşələrində bitən rotan palmasının budaqları 75 metr uzunluğa çataraq, cunqliyanın müxtəlif istiqamətlərinə yayılır.

Kanadanın şimalında Arktik Lupin (Arctic lupine) bitkisinin buzlaşmış toxumları tapılmışdır. Alimlər onun yaşını 10 000 il olaraq qiymətləndiriblər. Qeyd etmək lazımdır ki, Lotos bitkisinin toxumları xüsusi buzlamaya və qorunmaya məruz qalmadan 200 il müddətində bitə bilir.

/Deyerler.org/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.