Maraqlı

Leonardo Da Vinçinin 5 sirri

17 Sentyabr 2013 18:58
48 Şərh     Baxış: 14 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kult.az-a istinadən Leonardo da Vinçi haqqında araşdırmanı təqdim edir.

Mona Lizanın ikinci möcüzəsi onun diri olmasındadır

1 . Leonardo da Vinçi bir çox əsərlərini şifrələyirdi

O, bunu insanların onun ideyalarını tədricən açmalarını istədiyi üçün edirdi. İxtiraçı sol əli ilə və xırda hərflərlə, üstəlik sağdan sola yazırdı. O, açmacalar ilə danışırdı, metamorfik təxminlər edirdi, tapmacalar tərtib etməyi sevirdi. Leonardo əsərlərini imzalamırdı, lakin onların əksəriyyətində müəyyənedici işarələr var. Məsələn, onun rəsmlərinə diqqətlə baxsaq, simvolik uçan quşu görə bilərik. Belə işarələr çoxdur. Ona görə, dahinin bir neçə əsərləri yüzilliklər ötdükdən sonra aşkarlanıb. Belə bir hal "madonna Benua" ilə də baş vermişdi. Onu uzun bir müddət səyyar artistlər özləri ilə əsas ikona kimi aparırdılar.

2 . Leonardo saçılma prinsipini icad etmişdi

O , yaratdığı dağınıqlıqda rütubətdən əmələ gələn ləkələrə, külə, buludlara, palçığa baxaraq məşq etməyi məsləhət görürdü. Leonardo qəsdən çalışdığı otağı tüstü ilə doldururdu. O, tüstüdə obrazları axtarırdı. Saçılma effekti sayəsində Cakondanın parıltılı gülüşü əmələ gəlib. Tamaşaçının baxış bucağından asılı olaraq qəhrəmanın ya incə gülümsədiyi, ya da hiyləgərcəsinə gülümsədiyi təəssüratı yaranır. Mona Lizanın ikinci möcüzəsi onun diri olmasındadır. Əsrlər ərzində onun dodaqlarının kənarları getdikcə yuxarı qalxır. Dahi şəxsiyyət əsərlərində müxtəlif elmi bilikləri bir yerə toplayırdı. Ona görə də, onun ixtiraları vaxt ötdükcə daha çox tətbiq olunur. Onun 120 kitabı bütün dünyada yayılıb və tədricən insanlıq onları özləri üçün kəşf edir.

3 . Leonardo bütün digər üsullar arasında analogiya üsuluna üstünlük verirdi

Analogiyanın təxminiliyi tasım üsulunun dəqiqliyindən daha üstündür. Rəssamın insan bədəninin mütənasibliyini sübut edən əsəri onun analogiya üsuluna müraciət etməsinin nümunəsidir. Yana doğru açılmış əllər və ayaqlarla insan fiquru dairənin içinə yerləşir. Birləşdirilmiş ayaqlar və yuxarıya doğru qaldırılmış əllərlə insan fiquru kvadratın içinə yerləşir. Və xaç əmələ gəlir. Bu cür "dəyirman" bir çox ideyaya başlanğıc verib. İlk olaraq Leonardodan bəhrələnib kilsələrin layihələri düzəldilmişdi. Layihələrə əsasən, ibadətgahı mərkəzdə, dua edən camaat isə onun ətrafında yerləşən kilsələr tikilmişdi.

4 . Leonardo kontrapost qaydasından ziddiyyətlərin təzadını istifadə etməyi sevirdi

Kontrapost hərəkət yaradır. Korte Vekkioda nəhəng atın heykəlini düzəldəndə o, atlının ayaqlarını kontrapostda yerləşdirir. Bu xüsusi sərbəst gediş illuziyanı yaradırdı. Heykəli görən hər kəs daha sərbəst durmağa çalışırdı.

5 . Leonardo heç bir zaman əsərlərini tez bitirməyə çalışmırdı

Yarımçıqlıq həyatın mütləq xüsusiyyətlərindən biridir. Bitirmək öldürmək deməkdir! Sürətsizlik ixtiraçının fərqli cəhədlərindən biri idi. Demək olar ki, onun əsərlərinin əksəriyyəti sonuna qədər bitməyib. Bir çoxları suda, odda xarab olsalar da, rəssam onları düzəltmirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.