Maraqlı

Məşhurlar da gözəllik üçün bundan istifadə edir

19 Avqust 2023 15:20
Baxış: 1 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən heç ağlımıza gətirmədiyimiz qidaların dəri üçün çox önəmli bir xüsusiyyəti olduğunu bilmirik. Bunlardan biri də kakao yağıdır.

Milli.Az Axsam.az-a istinadən bildirir ki, kakao yağı üz dərisini hamarlaşdıran ən yaxşı vasitələrdən biridir. Tərkibi antioksigenlə zəngindir. Üz dərisinin elastikliyini artırır. Gecə yatmazdan əvvəl üzə çəkməyiniz məsləhətdir.

Kakao yağı həm də sizi stressdən qoruyacaq. Yuxusuzluğu aradan qaldırır.

Müğənnilər Keti Perri, Niki Minaj, Leyton Mister və başqaları gözəl dərinin sirrini kakao yağında görürlər. Şokolad ətri verən bu vasitə quru dərini nəmləndirir və rahatlaşdırır. Bundan əlavə o, üzün daha hamar görünüşə sahib olmasına və ölmüş hüceyrələrin bərpasına kömək edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.