Maraqlı

Xəstəxanadan çıxandan halını soruşan yoxdur, müalicəsini özümüz edirik - Ənvər Həsənovun qızı

25 Oktyabr 2022 21:05
Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ənvər Həsənova kömək edəcəm deyərək sinəsinə döyən adamlar hamısı yaxasını çəkib durub qıraqda. Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət etdim ki, atamıın prezident təqaüdü alması üçün kömək etsinlər, barı öz müalicə xərclərini öz pulu ilə ödəyək, heç nə etmədilər..."

Milli.Az yenicag.az-a istinadən bildirir ki, bunu Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova açıqlamasında deyib.

"Atam xəstəxanadan çıxsa da, ev şəraitində müalicəsi davam edir. Maddi xərclərini də özümüz çəkirik. Xəstəxanadan çıxandan bəri nə maraqlanan, nə də halını soruşan var. Məni incidən odur ki, ömrünü, həyatını sənətə həsr edən sənətkara qarşı belə laqeyd münasibət bəslənir. Atam da buna görə çox pis olur.

Axı sənətkara qarşı belə biganə münasibət düzgün deyil. O, öz haqqını istəyir. İllərini sənətə verən bir insan kimi fəxri təqaüd istəyir. O təqaüdü alsa, müalicəsini də özümüz etdirərik, heç kimə ehtiyac qalmaz. Atam ömrü boyu heç kimə ağız açmayıb, heç kimin qapısını döyüməyib. Özünə hörmət edib. Bu gün də heç kimin köməyinə ehiyacı yoxdur, sadəcə olaraq haqqını istəyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory