“Bürclərə görə əməliyyata girib, uşaq dünyaya gətirənlər var” - PSİXOLOQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Cəmiyyətdə son dönəmdə bürclərə inam daha da artıb. Bir deyim var, "fala inanma, faldan da qalma". Bəzən insanlar uşaqlarını belə dünyaya gətirmək üçün bürclərə diqqət yetirirlər ki, filan gün əməliyyata girim".
Milli.Az bizim media-ya istinadən xəbər verir ki,bu fikirləri psixoloq Gülnar Orucova səsləndirib.
Planlarını bürclərə görə quran insanların artmasına münasibət bildirən psixoloq qeyd edib ki, uğur insanın ruhundadır:
"Bunun bürclərə aidiyyatı yoxdur. Məsələn, statistikaya əsaslanarsaq, ən varlı bürc oğlaqdır. Lakin elə oğlaqlar tanıyıram ki, normal yaşayışını təmin edə bilmir. Burda sual qoyulur, bütün oğlaq bürcləri imkanlı olurlar? Xeyr, hər bir insanın özünəməxsus potensialı olur. Lakin biz nəyə inanırıqsa, onu beynimizə kodlayırıq. Bu da bizim həyatımıza yansıyır. İnsan bəzən bir şeyi o qədər deyir ki, sonda bu başına gəlir. Çünki biz dediklərimizlə, kainata mesajlar ötürürük. Quantum nəzəriyyəsinə görə, kainat da həmin enerjini bizə geri qaytarır".
Müsahibimiz qeyd edib ki, sırf bürclərə əsaslanıb, evlənmək, uşaq dünyaya gətirmək, yaxud da iş qurmaq olmaz:
"İnsan daxili potensialını, gücünü dəyərləndirməlidir. Doğrusu, bir psixoloq kimi bürclərə inanıram. Qoç bürcü altında dünyaya gəlmişəm və bu bürcün xüsusiyyətlərini daşıyıram. Lakin sırf bürc proqnozlarına görə yaşamıram. İnam və ancaq bir şeyi düşünmək fərqli şeylərdir.
Əgər bir insan ancaq bürcləri analiz edib, bu barədə düşünürsə, düşünürəm ki, həmin şəxs həyatda özünü tapa bilməyib. İnsan özünü kamilləşdirəndə, hansı bürcdən olması önəmli deyil. Sadəcə iradəsi zəif, arzuların reallaşdırılmasını həyatın axarına buraxanlar, başqalarının təsiri altına tez düşənlər bürclərə daha çox inanırlar".
Gülnar Orucova bürclərə hədsiz inamın psixoloji problem olduğunu vurğulayıb:
"Bu xəstəliyə qədər gətirib çıxara bilər. Çünki bəzi şeylərə ilişib qalmaq, təkrarlanan düşüncələr, yəni obsessiv-kompulsiv pozuntu yaradır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
XƏBƏR LENTİ
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)





