Maraqlı

Badımcan insanda ciddi allergiya verə bilər - Xəbərdarlıq

23 İyul 2022 21:25
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Badımcan da süd, qoz, fındıq, sitrus meyvələri ilə bir siyahıda allergen qidadır.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, allerqoloq-immunoloq Marina Apletaeva allergen qidalar siyahısına badımcanı da daxil edib.
"Çox insanlar düşünür ki, sitrus meyvələri yesələr allergiya olur. Amma allergenlər süd, tərəvəzlər, hətta badımcanda da var. Badımcan, bolqar bibəri və pomidor da ikinci dərəcəli təhlükəli allergenlər siyahısındadır.

Süd də tez-tez allergiya verən ərzaqdır. Amma qatıq, kəsmik yox. Heyvan mənşəli qidalardan isə yumurtadır.

Ona görə təkcə sitrus meyvələrində ehtiyat etməyin. Əgər badımcanlı yemək yedikdən sonra özünüzü pis hiss edirsizsə, allergiyadan şübhələnin" - deyə həkim bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.