Maraqlı

Möcüzəvi Adaçayı bitkisi - - Çayının 25 FAYDASI

30 Aprel 2022 22:01
0 Şərh     Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adaçayı (rusca şalfey) qədimdə və orta əsrlərdə demək olar, bağ-bağçada yetişdirilən və hər kəsin yaxşı tanıdığı dərman bitkisidir.

Özünəməxsus ətri olan, efir yağları ilə zəngin bu şəfalı bitkinin faydalarını saymaqla bitməz.

Türk xalqlarında adaçayı ilə bağlı bir məsəl var: "Bağında adaçayını əkmisənsə, ölməyə nə gərək var".

Milli.Az medicina.az-a istinadən adaçayında hansı xəstəliklərdə istifadə edə biləcəyinizi təqdim edir.

- Depressiya, nevroz, stresdə içilir
- Bədəndən zərərli toksinləri çıxarır
- Beynin bütün funksiyalarını yaxşılaşdırır
- Bronxit və astmaya yaxşıdır
- Qaraciyəri təmizləyir
- Sidik yolları infeksiyasında müalicəvidir

- Menopauza dövründə qadınlara lazımdır
- Saçların ağarmasını gecikdirir
- Demensiya, Alsgeymerin qarşısını alır
- Diabetdə qanda şəkəri salır

- Baş ağrısı və miqrendə
- Ağız, diş, damaq yaraları
- Angina, faringitdə qarqara

- qocalmanı gecikdirir
- Sellülitə belə effektivdir
- Qarın ağrısı, ishal
- İmmuniteti yüksəldir
- Antibiotik təsirlidir

Dəmləməsi və çayı necə hazırlanır?

Bir neçə yarpaq adaçayı dəm çaydanına qoyulub, qaynar su alınır. İstədiyiniz rəng və dad alınan kimi adaçayı çaydandan çıxarılır. Alınan çay içilir. Çox qaldıqda acı dad verir.

Qurudulmuş aptek adaçayı - 1,5 çay qaşığının üzərinə 3 stəkan qaynar su alınır, dəmə qoyulur. Süzülüb içilir. 5 dəqiqədən artıq dəmlənməməlidir

Gündə 2 fincandan artıq içmək olmaz. Allergiyası olanlar diqqətli olsun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.