Maraqlı

Zeytun yarpağı xərçəngdən qoruyur

5 Mart 2022 08:11
0 Şərh     Baxış: 2 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbii bir antioksidant olan zeytun yağı və zeytun yarpağı məhlulu xərçəngə tutulma riskini azaldır. Ürək və damar sağlamlığını qoruyan zeytun yağı, təzyiqi problemini də həll edir.

Zeytunun yağında və yarpağında zəhərli maddələri təcrid edən və beləcə həyat müddətini uzadan "oleuropein" adlı bir maddə vardır. Aparılan araşdırmalar bu maddənin, xolesterin və qan təzyiqini salıb xərçəngin qarşısını almaqda önəmli rol oynadığını göstərir.

Aparılan araşdırmalarda zeytun yarpağı məhlulunun qan təzyiqini aşağı saldığı aşkar edilib. Gündə 1000 mq istehlak edildikdə, qan təzyiqini 3-4 mm salır.

Zeytunda olan "oleuropein" maddəsi damar divarlarını qoruyaraq, ilkin mərhələdəki damar sərtliyinin qarşısını alır.

Bundan əlavə, qan axınının yaxşılaşmasını təmin edib infarkt və iflic riskini də azaldır. "Oleuropein", xolesterinin azaldılması və arteriyaların sağlamlığı üçün də çox əhəmiyyətlidir.    

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.