Maraqlı

Qaraciyərin sağlamlığını qoruyan meyvə. Hər gün 2-3 ədəd yeyin!

1 Fevral 2022 22:15
0 Şərh     Baxış: 2 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaraciyəri yaxşı vəziyyətdə saxlamaq üçün narıncı və qırmızı rəngdə olan meyvələrin istehlakı çox faydalıdır.

Bu meyvələr pektinlərlə zəngindir. Pektinlər orqanizmdə maye ilə birləşdikdə gelə çevrilir ki, bu "gel" pestisid, radionukleid, ağır metalların ionları və s. ziyanlı maddələri orqanizmdən xaric etməyə kömək edir.

Nəticədə orqanizm təbii şəkildə zərərli maddələrdən təmizlənir. Bu isə qaraciyərin fəaliyyətini yüngülləşdirir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin fikrinə görə, bu mənada ən faydalı meyvə ərikdir. Pektinlərlə zəngin olan ərik orqanizmdən toksiki maddələrin xaric edilməsini sürətləndirir. Lakin qaraciyərin sağlamlığı üçün əriyin şirin növlərinə deyil, turşa-şirin növlərinə üstünlük vermək lazımdır.

Alimlər qaraciyərin sağlamlığı üçün hər gün 2-3 iri ərik yeməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.