Maraqlı

Nəbzimizi ölçək və sağlamlığımızdan xəbərdar olaq

16 Dekabr 2021 22:15
0 Şərh     Baxış: 1 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəbz insanın sağlamlığından xəbər verə bilən əsas göstəricilərdən biridir. Məhz bu səbəbdən həkimlər xəstələri müayinə etdikdə adətən ilk növbətə nəbzi və arterial təzyiqi ölçürlər.

Böyüklərdə 1 dəqiqə ərzində 60-100 vurğu arası nəbz norma sayılır. Nəbz aydın və ritmik olmalıdır. Yeməkdən, fiziki işdən, cinsi əlaqədən dərhal sonra nəbz artır. Əksinə isə insan ac və ya susuz olanda nəbz azalır. Bu səbəbdən bu vaxtlarda nəbzi ölçməyi tövsiyə edilmir.

Hansı hallarda insan mütləq həkimə müraciət etməlidir:

- nəbz sakit vəziyyətdə 100 vurğudan artıq olduqda;

- fiziki işi qurtardıqdan 5 dəqiqə sonra nəbz normaya düşmədikdə;

- nəbz 60 vurğudan az olduqda;

- nəbz çox zəif olduqda (bu halda nəbzi tapmaq çox çətin olur);

- nəbz ritmik olmadıqda (nəbz vurğuları müxtəlif fasilələrlə hiss olunur, ürək gah tez-tez, gah da yavaş-yavaş vurur).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory