Hadisə

Qəbələdə dağlıq ərazidəki yanğın söndürülüb

20 Avqust 2021 16:44
0 Şərh     Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində bu gün günorta saatlarında söndürülüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, yanğın nəticəsində ilkin hesablamalara əsasən, təqribən, 35 hektar ərazidə quru ot və kol-kos yanıb.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib.

Hazırda bəzi yerlərdə soyutma tədbirləri görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.