Hadisə

Azərbaycanda müğənni-aktyor vəfat etdi - FOTO

24 Aprel 2020 09:34
5 Şərh     Baxış: 10 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Möhtəsim Yusifov dünyasını dəyişib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, şəkər xəstəliyindən əziyyət çəkən aktyor həyatla dünən vidalaşıb.

Onu daha çox "Mehdi" adı ilə tanıyırdılar. Mərhum aktyorluqla yanaşı el şənliklərində müğənnilik də edirdi. Möhtəsim Yusifov gözəl vokal səsə malik idi. Musiqi təhsilini böyük xanəndə, görkəmli pedaqoq Əlibaba Məmmədovdan aldıqdan sonra 10 il "Azkonsert" adlı mədəniyyət müəssisəsində çalışıb. 

1994-cü ildən taleyini Sumqayıt Dövlət Dram Teatrı ilə bağlayıb. Oynadığı tamaşalarda musiqi parçalarını özü ifa edərdi. Möhtəsim Yusifovun yaratdığı obrazlar canlı və koloritli idi.

"Əlibaba və qırx quldur"da Əhməd, "Şahzadə və bacatəmizləyən"də Kral, "Üç qardaş"da Vəzir, "Şah"da Qiyamçı, "Cırtdanın sərgüzəştləri"ndə Div, "Varlı qadın"da Cangüdən, "Daşdəmirin nağlı"nda dəyirmançı kimi rollara maraqlı rənglər qatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.