Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb.
Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakini Ağa Anar oğlu Əhmədov hadisə yerində ölüb.
O, universitetin "Turizm və qonaqpərvərlik" fakültəsində tərcümə ixtisası üzrə təhsil alırmış.
Milli.Az





