Cəmiyyət

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının sayı açıqlandı - rəsmi

17 Fevral 2026 23:31
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. 

Bildirilib ki, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.

Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb. 

Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu təbəqədən olan vətəndaşlara birdəfəlik yardım verilməsi barədə Sərəncam imzalanır. 

2025-ci ildə də dövlətimizin başçısı tərəfindən imzalanmış Sərəncamla İkinci Dünya müharibəsi iştirakçılarına 2500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə və b.1250 manat birdəfəlik maddi yardım ödənilib.

Ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olanların mənzil və avtomobillə təminatı da həyata keçirilib. (Bizim.Media)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.