İdman

Volkan Dəmirəl "Qarabağ" – "Nyukasl Yunayted" qarşılaşmasına dair proqnozunu açıqladı

17 Fevral 2026 21:05
Baxış: 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə yığmasının və "Fənərbağça" klubunun sabiq qolkiperi Volkan Dəmirəl UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" və İngiltərənin "Nyukasl Yunayted" komandaları arasındakı matç haqqında fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, tanınmış mütəxəssis AZƏRTAC-a verdiyi müsahibədə sözügedən görüşün gərgin mübarizə şəraitində və çətin keçəcəyini vurğulayıb.

Onun qənaətinə görə, Ağdam təmsilçisi bu dəfə də azarkeşlərini maraqlı oyunla sevindirəcək:

"İngiltərə klublarının səviyyəsi hər kəsə bəllidir. Onlara qarşı mübarizə aparmaq heç də asan deyil. Ümidvaram ki, "Qarabağ" "Nyukasl Yunayted" üzərində qələbə qazanmağa nail olar".

Xatırladaq ki, "Qarabağ" - "Nyukasl Yunayted" qarşılaşması sabah saat 21:45-də start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.