Dünya

Ukraynanın keçmiş ədliyyə naziri həbs edildi

17 Fevral 2026 23:17
Baxış: 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi keçmiş energetika və ədliyyə naziri German Qaluşenkonu 60 sutka müddətinə həbs edib.

Milli.Az xəbər verir ki, fevralın 15-də Ukrayna Energetika Nazirliyinin keçmiş rəhbəri olan Qaluşenko (2021-2025) ölkədən qaçmağa cəhd edərkən saxlanılıb. Ukrayna Milli Antikorrupsiya Bürosu ona şübhə ilə bağlı bildiriş göndərildiyini bildirib

Qaluşenko həbsi və şübhəli bildirişin verilməsi ilə razılaşmadığını bildirib.

O, "Energoatom"dan pulların yuyulmasında və cinayət təşkilatında iştirakda ittiham olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.