Bakıda tələbə faciəvi şəkildə ÖLDÜ

16 Dekabr 2025 14:44

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb.

Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakini Ağa Anar oğlu Əhmədov hadisə yerində ölüb.

O, universitetin "Turizm və qonaqpərvərlik" fakültəsində tərcümə ixtisası üzrə təhsil alırmış.

Milli.Az