İran

Pezeşkian: Sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir

18 Fevral 2026 00:11
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti Məsud Pezeşkian aldadılaraq iğtişaşlara cəlb edilən şəxslərin azadlığa buraxılması üçün müvafiq orqanlarla danışıqlar aparıldığını bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ruhanilərlə toplantıda çıxışı zamanı deyib.

"Bizim üçün xalqın narazılığı və sosial bərabərsizliklə barışmaq qəbuledilməzdir, çünki bu vəzifədə olmağımızın fəlsəfəsi milli həmrəyliyin möhkəmləndirilməsi, sosial birliyin təmin edilməsi, dürüst xidmətlərin göstərilməsi və ictimai rəyin qazanılmasıdır", - o, bildirib.

O, qeyd edib ki, sosial problemlərin həlli rasionallıq, nəzakət və müdriklik tələb edir, düşüncə və baxışları məcburi metodlarla dəyişmək olmaz.

İran Prezidenti bildirib ki, etirazlarda minimal rol oyanayan və aldadılaraq iğtişaşlara cəlb edilən şəxslərin azadlığa çıxması üçün məhkəmə sistemi ilə danışıqlar aparılır: "Cəmiyyətdəki çatların təmir eidlməsi qaçılmaz zərurətdir".

Onun fikrincə, struktur islahatları, iqtisadi göstəricilərin yaxşılaşdırılması, qonşu və İslam ölkələri ilə münasibətlərin inkişafı, tolerantlıq və gənc nəslin təhsil sisteminin təkmilləşdirilməsi yolu ilə fundamental sosial problemləri həll etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.