İdman

Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

17 Fevral 2026 14:34
Baxış: 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək.

Milli.Az xəbər verir ki, 38 yaşlı hakim Finlandiyada yerli "KuPS" və Polşanın "Lex" komandaları arasında keçiriləcək matça təyinat alıb.

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. VAR-da ingiltərəli Stuart Attvell, AVAR-da Nicat İsmayıllı əyləşəcək.

Qeyd edək ki, qarşılaşma fevralın 19-u Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.