"Qarabağ" müsbət mənada qeyri-adi komandadır.
Milli.Az xəbər verir ki, bunu "Nyukasl" klubunun futbolçusu Antoni Elanqa deyib.
Hücumçu Bakıdakı ilk matçda sərfəli nəticə qazanmaq istədiklərini söyləyib:
"Komandamızın uğur qazanması üçün çalışırıq. Sabahkı matça fokuslanmışıq. İnanırıq ki, istədiyimiz nəticəni əldə edəcəyik. "Qarabağ" müsbət mənada qeyri-adi komandadır. Onlar kollektiv olaraq yaxşı çıxış edirlər".
O, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində ilk "24-lüy"ə düşməsinə təəccüblənmədiklərini bildirib:
"Qarabağ" barədə məlumatımız var. Bu komandanın "Kopenhagen"ə qalib gəlməsi və "Çelsi" ilə heç-heçə etməsi diqqətimi çəkmişdi. Ümumiyyətlə, Çempionlar Liqasında zəif komanda olmadığını düşünürəm".
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Milli.Az





