Hadisə

Hacıqabulda ağır qəza - ölən var - FOTO

16 Dekabr 2025 00:53
Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "DAF" markalı yük maşını qarşısında hərəkət edən digər yük avtomobili olan "KAmaz"a çırpılıb.

Nəticədə "DAF" markalı yük maşınının sürücüsü Qocayev Aydın Qoca oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza baş verən əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.