Hadisə

Sevgilisinin maşınını sürdü, Özbəkistan vətəndaşının üstündən keçdi - TƏFƏRRÜAT

3 Noyabr 2025 14:50
Baxış: 576
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeronda Özbəkistan vətəndaşının ölümündə təqsirləndirilən qadın sürücüyə hökm oxunub.

Milli.Az-ın oxu.az-a istinadən məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs Zümrüd Paşayeva 5 il azadlıqdan məhrum edilib.

Məhkəmə onun himayəsində 6 yaşlı övladının olmasını nəzərə alaraq, məhkəmə qərarının icrasını təxirə salıb. Azyaşlı uşaq 14 yaşına çatandan sonra qadının barəsində olan hökmün icrasına başlanacaq.

İttihama görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, "AAF Park" yaşayış kompleksinin yaxınlığında baş verib.

Həmin yaşayış kompleksində yaşayan, 1986-cı il təvəllüdlü Zümrüd Paşayeva qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı şəxslə birlikdə Xırdalan şəhərindəki marketlərdən birinə daxil olub, bazarlıq ediblər. Marketdən çıxandan sonra Z.Paşayeva həmin şəxsə məxsus "Mercedes" markalı avtomobili idarə etmək istəyib. Z.Paşayevanın sürücülük hüququ olmasa da, sevgilisi ona avtomobili idarə etməyə icazə verib. Qadın sükan arxasına əyləşərək, avtomobili hərəkətə gətirib. O, bir neçə dəqiqə avtomobili idarə etdikdən sonra Özbəkistan vətəndaşı Viktoriya Qroxotova maşının qarşısına çıxıb və Z.Paşayeva özünü itirərək onu vurub, üstündən keçib.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də 11 gün sonra dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.