Hadisə

Goranboyda avtomobil yolu keçmək istəyən 14 və 17 yaşlı bacıları vurub

28 Avqust 2025 22:59
Baxış: 305
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Goranboyda avtomobil iki piyadanı vurub.

Milli.Az xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik maşını yolu keçmək istəyən piyadalar 2011-ci il təvəllüdlü D.Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü N.Kərimovanı vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Qeyd olunub ki, 2008 və 2011-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilməsi, bel-oma nahiyəsinin küt travması diaqnozu təyin olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2008-ci il və vəziyyəti orta ağır qiymətləndirilən 2011-ci il təvəllüdlü yeniyetmələr Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunublar.

Qəzadan sonra VAZ-2107 yolunun kənarına aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.