Rusiya

Rusiyanın tərəfdaşlarına da sanksiya tətbiq edilə bilər

28 Avqust 2025 22:00
Baxış: 319
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa İttifaqı (Aİ) Rusiyanın tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini öyrənmək niyyətindədir.

Milli.Az xəbər verir ki,  Bloomberg agentliyinin məlumatına görə, bu məsələ avqustun 29-30-da Kopenhagendə keçiriləcək Aİ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşündə müzakirə olunacaq.

Ənənəvi olaraq Aİ ikinci dərəcəli sanksiyaların tətbiqinə qarşı çıxırdı, lakin indiki paket Brüsselin Rusiyaya qarşı birbaşa tədbirlərin həddinə çatdığı bir vaxtda hazırlanır. Bu sanksiyalar Rusiyanın məhdudiyyətləri aşmaq cəhdlərinə yönələcək və bəzi malların və texnologiyaların üçüncü ölkələrə tədarükünü qadağan edə bilər.

Bloomberg qeyd edir ki, 19-cu sanksiyalar paketi çərçivəsində həmçinin Rusiya tərəfindən Ukraynalı uşaqların oğurlanması ittihamı ilə şəxslərin qara siyahıya salınması, habelə neft, qaz və bank sektoruna yönəlmiş əlavə məhdudiyyətlər gözlənilir.

Lakin görüş qeyri-rəsmi xarakter daşıdığından 19-cu sanksiyalar paketi ilə bağlı rəsmi qərar gözlənilmir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.