İdman

“Qalatasaray”ın ÇL-dəki rəqibləri müəyyənləşib

28 Avqust 2025 22:11
Baxış: 449
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, tədbir UEFA-nın Monakodakı inzibati binasında baş tutub.

Turnirdə Türkiyəni təmsil edən "Qalatasaray"ın rəqibləri də müəyyənləşib. İstanbul təmsilçisi püşkatmaya 4-cü səbətdən qatılıb.

"Qalatasaray"ın qrupdakı rəqibləri bunlardır:

I səbətdən: "Mançester Siti", "Liverpul"

II səbətdən: "Atletiko", "Ayntraxt"

III səbətdən: "Bodo Qlimt", "Ayaks"

IV səbətdən: "Yunion", "Monako"

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk tur oyunları sentyabrın 16-18-də keçiriləcək. Pley-off mərhələsi fevralın 17-18-də, final isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə oynanılacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.