Maraqlı

Gənc qız universitetə qəbul ola bilmədi, ailəsinin reaksiyası gündəm oldu - VİDEO

28 Avqust 2025 22:52
Baxış: 690
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə gənc bir qız YKS yerləşdirmə nəticələrini ailəsi ilə birlikdə böyük həyəcanla yoxlayıb. Ancaq nəticədə heç bir universitetə qəbul olunmadığını görüb. Bu vəziyyətdə kədərlənəcəyi gözlənilsə də, ailəsinin reaksiyası hər kəsi təəccübləndirib.

Nəticəni öyrənən anda qızını qucaqlayan ana göz yaşları içində "Bu il də mənimləsən, qızım" deyə sevincini ifadə edib. Ata isə coşqu ilə "Oley!" deyə qışqırıb.

Bu səmimi anlar qısa müddətdə sosial mediada gündəm olub. Minlərlə istifadəçi ailənin sevgi dolu münasibətini alqışlayıb və "Belə ailələr olduqca məğlubiyyət deyilən şey yoxdur" kimi şərhlər yazıb.

Sözügedən anları təqdim edirik:

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.