Həmin dəhşətli qəza ilə bağlı YENİ DETALLAR - Yenilənib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Quba-Susay-Xınalıq yolunun Qaleyxudat kəndindən keçən hissəsində baş verən dəhşətli qəzanın bəzi təfərrüatı məlum olub.
Quba Rayon İcra Hakimiyyəti başçısının Əlik İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Ağasiyevin Bizim.media-ya verdiyi məlumata görə, qəzaya uğrayan "Ford" markalı avtomobilin sürücüsü, 52 yaşlı Füzuli sakini İlqar Əhmədov dumanlı havada yolu azıb.
Belə ki, sürücü Qrız kəndinə dönməli olsa da, 10-12 km artıq məsafə qət edib. Nəticədə "Ford" yüksəklikdən dərəyə aşıb.
Qəzada sürücü həyatını itirib, sərnişin Ramil İbrahimzadə isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, qəzaya uğrayanlar Qrız kəndində kino çəkən yaponiyalı yaradıcı heyətə sanitar avadanlıqlar aparırmışlar. Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yapon film heyəti serialın bir bölümünü Qrız kəndində çəkirmiş.
Ağır qəzanın başvermə səbəbi Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində başlanılan araşdırmalar nəticəsində müəyyən edəcək.
Bu faciəli olay sürücülərə bir daha avtomobil yollarında, xüsusən dağ massivlərində hava şəraitinə görə daha ehtiyatlı olmalarının, həyatlarını riskə atmamalarının nə dərəcədə önəmli olduğunu göstərir. /oxu.az
---------------
2025.08.27
Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir.
Milli.Az bizim.media-ya istinadla xəbər verir ki, qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.
Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.
Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.
Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
XƏBƏR LENTİ
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bakının dörd rayonunda işıq kəsiləcək
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?





