Məşhur türkiyəli aparıcı və aktyor Mehmet Ali Erbil ilə 42 yaş kiçik sevgilisi Gülseren Ceylan bu gün rəsmi olaraq ailə həyatı qurub. Erbilin 68, həyat yoldaşının isə 26 yaşı var.
Toy mərasimində maraqlı anlar yaşanıb. Ənənəyə uyğun olaraq gəlin Gülseren Ceylan çiçəyini arxada gözləyənlər üçün havaya atıb.
Çiçəyi tutmaq üçün arxada gözləyənlər arasında Mehmet Ali Erbilin qızı Yasmin Erbil də var idi. O, digər qonaqlardan daha sürətli davranaraq çiçəyi qapmağı bacarıb.
Qeyd edək ki, daha əvvəl 5 dəfə ailəli olan Erbilin ayrı-ayrı evliliklərindən 3 övladı var.
Lalə Qüdrətova
Milli.Az