Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifəsini tərk etməyini istəyib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan biraylıq fasilədən sonra bildirib.
"Erməni Apostol Kilsəsi ilə bağlı mövqeyim dəyişməyib və heç bir halda dəyişə bilməz. Ktriç Nersisyan (II Qareginin dünyəvi adı) vəzifəsini tərk etməlidir", - deyə nazir vurğulayıb.
O bu məqsədə çatmaq üçün hərəkata rəhbərlik edəcəyini vurğulayıb.
Ermənistan Konstitusiyasına görə, dövlət və kilsə ayrıdır, buna görə də artıq bir çox hüquqşünas və siyasətçi Paşinyanı konstitusiya quruluşunu devirməyə cəhddə ittiham edib.
Milli.Az