Şou-biznes

Namiq Qaraçuxurlu Rusiya sərhədində saxlanıldı - YENİLƏNİB

28 Avqust 2025 20:20
Baxış: 804
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

20:20

İlkin Şükürov məsələni saytımıza təsdiqləyib. O, Namiq Qaraçuxurlunun hazırda sərbəst buraxıldığını bildirib.

-----------
19:50


Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu - red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb. 

İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib. 

İlkin Şükürov hadisəni təsdiqləyib. O, Namiq Qaraçuxurlunun hazırda sərbəst buraxıldığını bildirib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.