Hadisə

Azərbaycanda güclü zəlzələ gözlənilir? - ekoloq AÇIQLADI

28 Avqust 2025 14:36
Baxış: 654
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verildiyi kimi, ötən gün Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb. Təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss olunub. Bu isə cəmiyyətdə daha güclü zəlzələ ehtimalı ilə bağlı sualları gündəmə gətirib.

Mövzu ilə bağlı ekoloq Fikrət Cəfərov Metbuat.az-a açıqlama verib. O bildirib ki, hazırda ölkədə güclü zəlzələ riski mövcud deyil:

"Ümumiyyətlə, güclü zəlzələlərin baş vermə ehtimalı hər zaman nəzəri olaraq mümkündür. Amma hazırda Azərbaycanda böyük fəlakətə səbəb olacaq miqyasda zəlzələ gözlənilmir. Daha çox müəyyən bölgələrdə xırda, zəif və insanların hiss edə biləcəyi yüngül yeraltı təkanların baş verməsi ehtimalı daha real hesab olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.