Ən təhlükəli kredit növləri - Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda bəzi kredit növləri vətəndaşlar üçün ciddi maliyyə riski yaradır.
Milli.Az xəbər verir ki, düzgün idarə olunmayan kreditlər insanı uzunmüddətli borc yükü altında saxlaya və maliyyə azadlığını məhdudlaşdıra bilər.
Maliyyə məsələləri üzrə ekpertlərin fikrincə, xüsusilə kredit kartları və istehlak kreditləri bu baxımdan ən təhlükəli kateqoriyalar hesab olunur.
Qeyd olunur ki, kredit kartları ilk baxışda istifadəçilərə böyük rahatlıq təqdim edir. Lakin məhz bu rahatlıq bir çox hallarda nəzarətsiz xərclərə səbəb olur. Cibində məhdud vəsait olan şəxs yalnız həmin məbləğ qədər xərcləyir. Amma kredit kartı limitsiz imkan təsiri yaratdığı üçün insanlar ehtiyac olmayan alışlara belə pul xərcləyir.
Nəticədə, hər ay əldə olunan gəlirin böyük hissəsi kredit kartı borcunun ödənilməsinə yönəlir. Bəzi hallarda isə vətəndaşların birdən çox kredit kartı olur və bu, borc yükünü daha da artırır. Belə şəxslər gündəlik həyatlarında yüksək xərclər etsələr də, faktiki olaraq borc içində yaşayırlar.
Bildirilir ki, digər riskli kredit növü isə istehlak kreditləridir. Bu kreditlər əsasən məişət texnikası, mebel və digər gündəlik əşyaların alınması üçün götürülür. Lakin bir çox hallarda insanlar mövcud əşyaları istifadə etmək əvəzinə yenisini almağa üstünlük verir və kredit yükü altına girirlər.
Bu isə zamanla maliyyə stressinə səbəb olur. Ona görə də, ekspertlər tövsiyə edir ki, kreditlə əşya alarkən insanlar həmin əşyaya həqiqətən də ehtiyacları olub-olmadığını düşünməlidir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Yenidən sədr və müavin oldular
XƏBƏR LENTİ
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər





