"Qalatasaray"ın 18 yaşlı gənc müdafiəçisi Arda Ünyay, mövsümöncəsi hazırlıq toplanışında göstərdiyi yüksək performansla Avropa nəhənglərinin diqqətini çəkib.
İtaliyanın Corriere dello Sport nəşrinin məlumatına görə, Pep Guardiola-nın rəhbərlik etdiyi "Mançester Siti" Arda Ünyayı müşahidə siyahısına daxil edib. İngilis klubunun skautlarının oyunçunu yaxından izlədiyi, hesabatlarda onun müxtəlif mövqelərdə oynaya bilmək bacarığının xüsusi qeyd edildiyi bildirilib.
Arda Ünyayın "Qalatasaray"la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Lakin "Mançester Siti" ilə yanaşı, "Arsenal" və Almaniyanın "Borussiya Münhenqladbax" klublarının da gənc müdafiəçi ilə maraqlandığı vurğulanıb.
Lalə Qüdrətova
Milli.Az