Təhsil

Məktəblərdə yeni dərsliklər tədris olunacaq

28 Avqust 2025 19:47
Baxış: 310
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yeni tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.

Bildirilib ki, ARTİ tərəfindən hazırlanan bu dərsliklər ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim yanaşmalarının tətbiqi və şagirdlərin biliklərinin daha sistemli formalaşdırılması məqsədini daşıyır.

2025-2026 -cı tədris ilində istifadəyə veriləcək yeni dərsliklər:

8-ci sinif - Kimya, Fizika, Biologiya (Azərbaycan və rus bölməsi üçün)
7-ci sinif - Coğrafiya (Azərbaycan və rus bölməsi üçün)
6-cı sinif - Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili)
3-cü sinif - Həyat bilgisi (azərbaycan və rus bölməsi üçün)

Yeni kurikulumlar əsasında yeni dərsliklərin hazırlanması prosesi bu il də davam edir.

Yeni kurikulumlar əsasında hazırlanan aşağıdakı dərsliklər ilkin sınaq məqsədilə pilot siniflərdə istifadəyə veriləcək:

9-cu sinif - Kimya, Fizika, Biologiya, Coğrafiya
8-ci sinif - Coğrafiya, Riyaziyyat, Azərbaycan dili (tədris dili)
7-ci sinif - Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili),
4-cü sinif - Həyat bilgisi

Qeyd edək ki, bu ildən etibarən tədrisi digər dillərdə aparılan 5-ci və 6-cı siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.