Dünya

Ukraynadakı səfirliyimizin yanına raket düşdü - binaya zərər dəydi

28 Avqust 2025 18:23
Baxış: 409
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

28 avqustun tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib.

"Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir", - XİN rəsmisi vurğulayıb.

-------
17:29

Rusiyanın gecə saatlarında Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına düşüb.

APA xəbər verir ki, bu barədə Ukrayna Telegram kanallarında məlumat yayılıb.

Azərbaycan səfirliyinin 100 metr aralığına düşən raket yanğına və güclü partlayışa səbəb olub.

Qeyd edək ki, Rusiya ordusunun ötən ay Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb. Nəticədə Azərbaycanın Ukraynadakı səfirliyinin yanında partlayış baş verib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.