Ölkə

"Bəzi tibb müəssisələrində həkim kadrlarının çatışmazlığı müşahidə edilməkdədir”

19 Dekabr 2025 13:35
Baxış: 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilməkdədir".

Milli.Az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Mövcud olan çatışmazlığın aradan qaldırılması istiqamətində TƏBİB tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür:
 
"Tətbiqinə başladığımız və böyük maraqla qarşılanan digər layihəmiz isə 65 yaşdan yuxarı həkim heyətinin regionlarda işə qəbulu layihəsidir. Bakı şəhəri üzrə olan tibb müəssisələrində uzun müddətdir fəaliyyət göstərən və artıq 65 yaşı tamam olmuş həkim heyətinin əmək fəaliyyətinin davam etdirilməsi məqsədilə, onların təcrübəsindən səmərəli istifadə edilməsi üçün regionlardakı tibb müəssisələrinə yönləndirilməsi təmin olunub. Bu yanaşma bir tərəfdən həmin bölgələrdə tibbi xidmətə çıxış imkanlarının yaxşılaşdırılmasına, digər tərəfdən isə kadr çatışmazlığının aradan qaldırılmasına mühüm töhfə verib".

Qeyd edib ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 95 140 işçi, 16 096 həkim fəaliyyət göstərir. Ümumi işçilərin 17 faizi kişi, 83 faizi qadındır.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.