Dünya

Epşteyn arxivindən yeni FOTOlar yayıldı - Bill Qeyts də var imiş...

19 Dekabr 2025 12:44
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan milyarder Ceffri Epşteyn işində yeni foto və sənədləri ictimaiyyətə təqdim edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, yeni açıqlanan sənədlər və fotolar göstərir ki, milyarder Bill Qeyts Ceffri Epşteynin arxivində qadınlarla birlikdə görünür. Demokratlar Epşteynin əmlakından çıxarılan 68 yeni foto və sənəd vasitəsilə Qeytslə yanaşı, Vudi Allen, Noam Çomski və Stiv Bennon kimi digər tanınmış şəxsləri də nümayiş etdiriblər.

Fotolardan birində Qeyts tünd saçlı və tünd göy rəngli geyimli bir qadınla qol-qola, başqa birində isə ağ köynək geyinmiş bir qadınla dəhlizdə dayanır. Hər iki halda qadınların üzləri görünmür və onların fərqli şəxslər olub-olmadığı dəqiqləşməyib.

Fotoşəkillər 2014-cü ildə, Epşteynin fahişəlik ittihamından təxminən 10 il sonra, Sietldəki ofisdə çəkilib.

Paylaşılanlar arasında Epşteynin adına verilmiş Ukrayna pasportu, gənc qızların göndərilməsi ilə bağlı ifadələrin yer aldığı mesajların ekran görüntüləri, eləcə də, Vladimir Nabokovun "Lolita" romanından bir sitatın əks olunduğu şəkil diqqət çəkir. Bu materiallar Epşteyn işinin əhatə dairəsinin daha dagenişləndiyini göstərir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.