Siyasət

Lukaşenko Azərbaycan Prezidentini təbrik etdi

19 Dekabr 2025 12:59
Baxış: 347

Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, bu il Siz bayramınızı xüsusi əhvali-ruhiyyə ilə qarşılayırsınız. Sizin siyasi müdrikliyiniz və möhkəm iradəniz sayəsində Azərbaycan Respublikası qarşıya qoyulmuş məqsədlərə nail olaraq beynəlxalq nüfuzunu inamla artırır.

Belarusda ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinə, həmçinin müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığın ardıcıl inkişafına xüsusi əhəmiyyət verilir.

Çoxtərəfli platformalarda etimada əsaslanan təmasları və qarşılıqlı dəstəyi, eləcə də Belarus-Azərbaycan dialoqunun bütün səviyyələrdə dərinləşdirilməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.