Dünya

Putini o, canlandıracaq - İlk rəsmi kadr yayıldı - FOTO

28 Avqust 2025 22:29
Baxış: 380
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransız rejissor Olivye Assaysın çəkdiyi "Kreml sehrbazı" filmindən ilk görüntülər təqdim olunub. 

Milli.Az xəbər verir ki, layihədə Rusiya prezidenti Vladimir Putini məşhur aktyor Jude Law canlandırır.

Filmdə əsas qəhrəman siyasi strateq Vadim Baranovu aktyor Paul Dano oynayır. Onun prototipi prezident administrasiyasının sabiq rəhbərinin müavini Vladislav Surkov hesab olunur. Süjet 1990-cı illərdə Baranovun gələcək Rusiya liderinin müşaviri olması üzərində qurulub.

Ekran işində həmçinin Oskar mükafatı laureatı Alicia Vikander də yer alıb. 

Film 31 avqustda Venesiya Film Festivalında təqdim olunacaq. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.