İdman

Arne Slot: "Liverpul" üçün "Qarabağ"la qarşılaşmaq xoş olacaq"

29 Avqust 2025 00:06
Baxış: 323
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Liverpul" üçün "Qarabağ"la qarşılaşmaq xoş olacaq.

Milli.Az xəbər verir ki, bunu İngiltərə təmsilçisi "Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirərkən deyib.

Niderlandlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında çətin rəqiblərlə üz-üzə gələcəklərini bildirib:

"Ötən il olduğu kimi, bu mövsüm də güclü rəqiblərlə oynayacağıq. Ümumiyyətlə, Çempionlar Liqasının yeni formatında asan püşk olmur. Niderlandda PSV-yə qarşı çıxış etmək xoş olacaq. Eyni sözləri Türkiyənin "Qalatasaray" və Azərbaycanın "Qarabağ" klubları üçün də söyləmək olar. Hər üç komanda ölkələrinin çempionlarıdır. Yenə də bildirmək istəyirəm ki, bütün görüşlər çətin keçəcək".

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində "Real" (İspaniya), "İnter" (İtaliya), "Atletiko" (İspaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), PSV (Niderland), "Marsel" (Fransa), "Qarabağ" və "Qalatasaray"la (Türkiyə) qarşılaşacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.